Lent az saytından alınan məlumata görə, ain.az bildirir.
Yasamal rayonu, Şərifzadə küçəsində ağacların kəsilməsi ilə bağlı mediadan daxil olan məlumat əsasında 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları araşdırma aparıb.
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən Lent.az-a bildirilib ki, araşdırma zamanı həmin ünvanda “Avant Group” MTK-nın tikinti işləri aparan zaman bir sərv ağacını kəsdiyi müəyyən edilib. Faktla bağlı akt tərtib olunub.
Təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar Baş Prokurorluğa göndərilməsi üçün hazırlanır.
Yaşıllıqların mühafizəsinə həssas münasibət göstərən ictimaiyyət və media nümayəndələrinə göstərdikləri vətəndaşlıq mövqeyinə görə təşəkkür edir, eyni zamanda vətəndaşlardan xahiş edirik ki, yaşıllıqlara zərər vurulması halları ilə rastlaşdıqda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “168 Çağrı Mərkəzi”nə müraciət etsinlər.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.