AZ

“New York Post”: Bayden ən zəngin təqaüdçü prezident oldu

Co Bayden ABŞ tarixində ən yüksək pensiya alan liderdir.

İnterpress.az xəbər verir ki, bu barədə “New York Post” məlumat yayıb. İldə 417 min dollar alan eks-prezidentin gəliri maaşından da çoxdur.

Məlumata görə, 83 yaşlı Co Bayden ABŞ tarixindəki bütün liderlər arasında ən böyük pensiyanı alır.

Nəşr bildirir ki, Baydenin illik pensiyası 417 000 dollar (təxminən 709 000 manat) təşkil edir. Bu rəqəm hətta prezident maaşından da çoxdur.

Baydenin vəziyyətinin unikallığı ondadır ki, o, senator, vitse-prezident və prezident kimi fəaliyyət göstərib. Bu karyera yolu ona eyni vaxtda bir neçə pensiya fondundan istifadə etmək imkanı verir.

Həmçinin qeyd olunur ki, keçmiş Amerika lideri ABŞ paytaxtına səfərlərini davam etdirir və orada ofisdə “sirli” bir layihə üzərində işləyir.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
56
interpress.az

1Mənbələr