ain.az bildirir, Azvision saytına əsaslanaraq.
İdarənin rəisi Asif Məcidov bildirib ki, araşdırma zamanı ağacların yaşayış binasının qarşısında tikinti və abadlaşdırma işləri aparılan zaman tikintiyə cavabdeh şəxs Vüsal Fərzəliyev tərəfindən kəsildiyi müəyyən edilib. Faktla bağlı V.Fərzəliyev barəsində akt, protokol tərtib edilib və ona vəzifəli şəxs qismində 13 250 manat məbləğində cərimə və ziyan tətbiq olunub. Bundan başqa Yasamal rayonu, Şərifzadə küçəsində ağacların kəsilməsi ilə bağlı mediadan daxil olan məlumat əsasında 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən araşdırma aparılıb. Araşdırma zamanı sözügedən ünvanda “Avant Group” MTK tərəfindən tikinti işləri aparılan zaman bir sərv ağacının kəsildiyi müəyyən edilib. Faktla bağlı akt tərtib olunub. Təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməsi üçün hazırlanır. Yaşıllıqların mühafizəsinə həssas münasibət göstərən ictimaiyyət və media nümayəndələrinə göstərdikləri vətəndaşlıq mövqeyinə görə təşəkkür edir, eyni zamanda vətəndaşlardan xahiş edirik ki, yaşıllıqlara zərər vurulması halları ilə rastlaşdıqda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “168 Çağrı Mərkəzi”nə müraciət etsinlər. AzVision.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.