AZ

İngiltərə və Fransa Suriyada İŞİD obyeklərini bombalayıb

Cebheinfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

İngiltərə və Fransa ötən gün Suriyada İŞİD-ə qarşı birgə hərbi əməliyyat həyata keçirib.

"Cebheinfo.az" xəbər verir ki, hər iki ölkəyə məxsus döyüş təyyarələri İŞİD-in gizli obyektlərini bombalayıb.

İngiltərə Müdafiə Nazirliyi Suriyada terror təşkilatı İŞİD-ə məxsus strateji yeraltı silah anbarına qarşı Fransa ilə birgə hava hücumu təşkil edildiyini açıqlayıb. Şənbə gecəsi baş tutan əməliyyat nəticəsində təşkilatın sursat təminatı imkanlarına ciddi zərbə vurulduğu bildirilib.

Nazirliyin yaydığı bəyanatda qeyd olunub ki, əməliyyat dəqiq kəşfiyyat məlumatlarının təhlili nəticəsində həyata keçirilib.

Antik Palmira şəhərindən bir neçə kilometr şimalda yerləşən dağlıq ərazidə yerin altına inşa edilmiş gizli obyekt aşkarlanıb. Aparılan analizlər bu obyektin İŞİD tərəfindən silah və partlayıcı maddələrin saxlanması üçün istifadə edildiyini üzə çıxarıb.

İngiltərə Kral Hərbi Hava Qüvvələrinə (RAF) məxsus Typhoon qırıcıları və Fransız təyyarələrinin iştirak etdiyi hücumda yüksək dəqiqlikli sursatlardan istifadə olunub. Yeraltı obyektin əsas giriş tunelləri Paveway IV idarəolunan bombaları ilə dəqiqliklə məhv edilib.

İngiltərə Müdafiə Nazirliyi hava hücumundan sonra aparılan ilkin qiymətləndirmələrin əməliyyatın məqsədinə çatdığını göstərdiyini bildirib.

Bəyanatda deyilir: “Təyyarələrimiz müəyyən edilmiş hədəflərə qarşı uğurlu zərbələr endirib və sursat anbarının funksiyasız hala gətirilməsini təmin edib”.

Nigar Hacılı 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
68
1
cebheinfo.az

2Mənbələr