AZ

Banklar kreditin uzadılmasına niyə imtina edir?

Xalqcebhesi saytından alınan məlumata görə, ain.az bildirir.

“Aktiv kreditin müddətinin istənilən vaxt uzadılması mümkün deyil və vətəndaşlar bu məsələdə yanlış gözləntilərə qapılmamalıdırlar”.

Bunu iqtisadçı ekspert Günay Hüseynova “Xalqcebhesi.az”-a açıqlamasında bildirib.

Ekspertin sözlərinə görə, kredit müddətinin uzadılması yalnız müəyyən hallarda və əsaslandırılmış səbəblər rəsmi sənədlərlə sübut edildiyi təqdirdə mümkündür:

“Vətəndaş düşünməməlidir ki, kredit müqaviləsinin şərtlərini öz istəyinə uyğun olaraq, xüsusilə də son ödəniş günündə dəyişə bilər. Əgər belə bir ehtiyac yaranırsa, bu barədə banka əvvəlcədən və əsaslı izahatlarla müraciət olunmalıdır.

Kreditin restrukturizasiyası üçün əsaslı səbəblər sırasında əmək qabiliyyətinin itirilməsi, ağır xəsarət, ailə başçısının vəfatı, ciddi xəstəlik və digər sosial risk hallarını göstərmək olar. Bu zaman vətəndaş müvafiq rəsmi sənədlərlə birlikdə banka yazılı ərizə təqdim etməlidir.Lakin müraciət hüququnun olması avtomatik olaraq müraciətin təsdiqlənməsi demək deyil. Bu proses bankların daxili qaydaları və risk siyasəti çərçivəsində tənzimlənir. Kredit müddətinin uzadılması müraciətçi üçün də əlavə risklər yaradır.Restrukturizasiya yeni ödəniş qrafiki və tarif cədvəli deməkdir. Nəticədə kreditin ümumi məbləği artır, yəni vətəndaş faizlərə görə daha çox borc ödəməli olur”.

Banklar üçün risklərə toxunan Günay Hüseynova əlavə edib ki, problemli kreditlərin çoxluğu, likvidlik imkanlarının məhdudlaşması, eləcə də təqdim olunan sənədlərin yetərli və əsaslı olmaması hallarında banklar müraciəti tamamilə rədd edə bilərlər.

Ekspert sonda qeyd edib ki, əgər bank kreditin müddətinin uzadılmasına imtina edərsə, vətəndaşın inzibati qaydada məhkəməyə müraciət etmək hüququ qanunvericiliklə qorunur.

Günel Elxan

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
22
icma.az

1Mənbələr