Xalqcebhesi portalından verilən məlumata əsasən, ain.az bildirir.
ABŞ öz eqoist maraqlarını həyata keçirmək üçün "Çin təhdidi"ndən bəhanə kimi istifadə etməyi dayandırmalıdır.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Lin Cian brifinqdə bildirib.
Xarici İşlər Nazirliyinin nümayəndəsi vurğulayıb ki, "Amerika tərəfini sözdə Çin təhdidini öz mənfəəti üçün bir vasitə kimi istifadə etməyi dayandırmağa çağırırıq".
Diplomat ABŞ prezidenti Donald Trampın Qrenlandiyanın alınması zərurəti ilə bağlı son açıqlamasını belə şərh edib. O, bunu adanın guya "Çin gəmiləri ilə əhatə olunduğu" ilə əsaslandırıb.
Məryəm Quliyeva
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.