Sherg.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
"Bundan başqa çox güman ki, paylayıcı şirkətlərin özəlləşməsi məsələsi gündəmə gələcək"
Qaz təchizatı sektorunda tənzimlənən qiymətlər – tariflər 2028-ci il iyulun 1-dən etibarən tənzimləyici tərəfindən müəyyən ediləcək. Bu qayda “Qaz təchizatı haqqında” Qanunda əksini tapıb. Yenilənən qanun 2026-cı il 1 yanvar tarixindən qüvvəyə minib.
Qanuna əsasən, 2028-ci il iyulun 1-dən qazın topdansatış tarifləri, qazın nəqli tarifləri, qazın saxlanması xidmətlərinin tarifləri, qazın paylanması tarifləri (2027-ci il yanvarın 1-dən), istehlakçılara qazın pərakəndə satış tarifləri, qazın nəqli şəbəkəsinə qoşulma xidmətlərinin qiymətləri, qazpaylayıcı şəbəkəyə qoşulma xidmətlərinin qiymətləri, həmçinin sabit tarif tənzimləyici tərəfindən müəyyən ediləcək. Yeniliklərdən biri artıq icradadır. 2026-cı il ynvarın 1-dən etibarən sabit tarif tətbiqinə başlanılıb. Abonentlər ay ərzində istifadə etdikləri təbii qaza sərfiyyata uyğun ödəniş etməklə yanaşı, 1 manat (sabit tarif) əlavə ödəməli olacaqlar. Xidmət haqqı olaraq. Bəs 2028-ci ildə əhalini təbii qazın qiymətləri ilə bağlı hansı yeniliklər gözləyəcək?
İqtisadçı Natiq Cəfərli “Sherg.az”a açıqlamasında qeyd etdi ki, qaz bazarında hələlik əsas yenilik sabit tarif rejiminin tətbiqidir:
- Belə anlaşılır ki, yavaş-yavaş bu tarfin artırılması nəzərdə tutulur. 2026-da 1 manatdır, 2027-də, 2028-də neçə manat olacaq, bilinmir. Əvvəlcə 1 manat, sonrakı illərdə 2, 3, 4… manat ola bilər. Adətən qiymətlər belə qalxır. Bundan başqa çox güman ki, paylayıcı şirkətlərin özəlləşməsi məsələsi gündəmə gələcək, 1-2 ilə. Xarici şirkətlər tariflərin indidən yüksək olmasını istəyirlər ki, bu özəlləşmədə iştirak etsinlər. Ola bilər, 2028-ci ilədək tariflərin addım-addım artmasının şahidi olaq. Təəssüf ki bu perspektiv həddindən artıq real görünür.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.