
(İsrailin keçmiş kəşfiyyat zabiti Beni Sabti)
İsrailin keçmiş kəşfiyyat zabiti Beni Sabti qəzetə açıqlamasında söyləyib ki,Əli Xamanei yalnız Rusiyanın paytaxtı Moskva şəhərinə qaça bilər,çünki onun gedə biləcəyi başqa yer yoxdur:
"2025-ci ilin iyun ayında İsraillə 12 günlük müharibə nəticəsində ali rəhbərin nüfuzu çox zəifləyib.O, uzun müddətdir ki, ictimaiyyət qarşısına çıxmır,həmçinin son günlər baş verən aksiyalara dair hər hansı çıxış həyata keçirmir".
![]() |
| Tramp:“İrandakı etirazçılara köməyə hazırıq” |
Əli Xamenei, həqiqətən də, ölkədəki vəziyyətdən yaxasını qurtarıb Moskvaya qaçarsa, 2024-cü ilin dekabrında müxalif qüvvələrin devirdiyi sabiqSuriya prezidenti Bəşər Əsədlə oxşar aqibəti bölüşəcək.Xatırladaq ki, Bəşər Əsəd də məhz Rusiyaya qaçıb. Onun hazırda Moskvanın qərbində - bahalı və dəbdəbəli mülkləri ilə tanınanRublyovka massivində yaşadığıdeyilir. Maraqlıdır ki, rəsmi Moskva bu iddianınə danır, nə də təsdiqləyir.2025-ci ilin sentyabrında Suriya məhkəməsi ona qarşı qətl, işgəncə və qanunsuz həbs ittihamları ilə qiyabi həbs hökmü çıxarıb.
Firudin Həmidli
AzVision.az
