AZ

Borcalanların NƏZƏRİNƏ: Ödəyə bilmədiyiniz kreditlər belə təmin olunur

ain.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Borcalanın ödəmə qabiliyyətinin olmaması hallarında adətən iki vəziyyət ortaya çıxır. Birinci halda, şəxs işini müvəqqəti itirirsə və ya biznesində iflas baş veribsə, məhkəmə yolu ilə kredit təminatı müəyyən edilir. Əgər borcalanın zamini və ya digər ümumi təminatı varsa, ödəniş məhkəmə qərarı ilə həmin təminata yönləndirilir".Bunu Demokrat.az-a açıqlamasında bank eksperti Emin Kərimov deyib. O, bildirib ki, belə qərarlar ödənişin təmin olunma qaydasını tənzimləyir:"Adətən, borcalanın həyat sığortası və ya digər sığortası mövcuddursa, ödənişlər bu sığorta vasitəsilə həyata keçirilir. Yəni, ödəniş qabiliyyəti itibsə və ya şəxs vəfat edibsə, varisi və ya banka müraciət edilərək, ödəniş sığortaya yönləndirilə bilər. Əgər təminatı varsa, ödənişlər həmin təminata əsaslanır. Heç bir təminat yoxdursa və borcalan vəfat edibsə, ödəniş hüquqi varislərə yönləndirilir. Bank kredit verərkən bu halları nəzərə alır və borcalandan təminat tələb edir. Bəzi kiçik məbləğli kreditlər (məsələn, 3.000–5.000 manat) adətən ya sığorta, ya da varisdən təmin edilir. Bu məsələlər məhkəmə qərarı ilə həll olunur".Ekspert bildirib ki, iri məbləğli kreditlərdə isə adətən təminat mövcuddur və ödənişlər həmin təminata yönləndirilir:"Resurs məhdud olduqda, məsələn, şəxs işini itiribsə, banka müraciət edərək işsiz olduğunu təsdiq edir. Bank da bunu yoxlayaraq, ödənişlərin müəyyən müddət üçün (adətən 6 ay–1 il) azaldılmasına və ya dayandırılmasına icazə verir. Bu, borcalanın ödəniş qabiliyyəti bərpa olunana qədər tətbiq edilir. Bu prosedur texniki və ailə vəziyyətindən asılı olaraq həyata keçirilir. Şəxs bank qarşısında işsizliyini və ödəniş qabiliyyətinin itirildiyini sübut etdikdə, bank resursun azaldılmasını icra edir. Bank bunun əsaslı olduğunu təsdiqləyir və ödənişlərin azaldılmasına və ya təxirə salınmasına imkan verir".Onun sözlərinə görə, əgər borcalanın əmlakı varsa, ödənişlər bankın balansına keçir və kreditin ödənməsinə yönəldilir:"Kifayət etmədikdə, əlavə təminatlar və ya hüquqi tədbirlər məhkəmə tərəfindən təyin olunur. Bu hallarda hüquqi məsləhət almaq faydalıdır. Əgər təminat məbləği kredit borcunu tam ödəmirsə, məsələn, qiymət düşübsə və ya əmlak yenidən tikilibsə, məhkəmə qərarı ilə ödənişlərin hansı vasitələrlə həyata keçiriləcəyi müəyyən edilir".Əfsanə Kamal

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
46
demokrat.az

1Mənbələr