Dünən İsrailin Baş naziri Benyamin Netanyahu son təhlükəsizlik iclaslarında İran İslam Respublikasına qarşı müxtəlif düşmənçilik ssenarilərini müzakirə edib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb.
Məlumata görə, bu müzakirələr regional təhlükəsizliklə bağlı artan gərginlik fonunda aparılıb.
İvritdilli media xəbər verir ki, Netanyahu axşam saatlarında İsrailin təhlükəsizlik kabinetinin üzvləri ilə bir neçə saat davam edən qapalı görüş keçirib. Görüşün əsas gündəmini regiondakı son proseslər, xüsusilə də İranla bağlı məsələlər təşkil edib.
İclasda mümkün hərbi variantlar, bu addımların regional nəticələri, eləcə də İran və digər regional aktorların verə biləcəyi cavab tədbirləri üzrə müxtəlif ssenarilər müzakirə olunub. İsrail rəsmiləri məsələ ilə bağlı əlavə detallar açıqlamayıb.