AZ

“Avatar” filminin üçüncü hissəsi 1 milyard dollardan çox gəlir əldə edib

Ceyms Kameronun “Avatar: Od və kül” filmi nümayiş olunduğu iki həftə ərzində 1 milyard dollar gəlir əldə edib.

Xezerxeber.az xəbər verir ki, “People” jurnalının məlumatına görə, bu seriyadan olan əvvəlki iki film də yüksəkgəlirlilik nümayiş etdirmişdi.

Belə ki, 2009-cu ildə çəkilmiş “Avatar” filmi 17 gün ərzində, 2022-ci ildə çəkilmiş “Avatar: Suyun yolu” filmi isə 14 gün ərzində 1 milyard dollar həddinə çatmışdı. Hər üç film bütün zamanların ən çox gəlir gətirən filmləri arasında yer alıb.

Bundan əlavə, Ceyms Kameronun “Titanik” filmi də 2 milyard dollardan çox gəlir əldə etmişdi. Ceyms Kameron büdcəsi 1 milyard dolları ötən dörd film çəkən ilk rejissor kimi tarixə düşüb.

71 yaşlı rejissor “Avatar” filminin davamının olub-olmayacağını bilmədiyini desə də, həmin seriyadan daha iki film üzərində işlərin getdiyi bildirilir.

Seçilən
32
xezerxeber.az

1Mənbələr