AZ

KİV: Tramp Maçadonu dəstəkləməyəcək, çünki...

KİV: Tramp Maçadonu dəstəkləməyəcək, çünki...

ABŞ prezidenti Donald Trampın müxalifətçi keçmiş Venesuela parlament üzvü və Nobel Sülh Mükafatı laureatı Mariya Korina Maçadoya siyasi dəstək vermək niyyəti yoxdur.

AFN.az xəbər verir ki, bu barədə "The Washington Post" mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, Trampın bu mövqeyi Maçadonun 2025-ci il Nobel Sülh Mükafatından Amerika liderinin xeyrinə imtina etməməsi ilə bağlıdır.

Qeyd olunur ki, Maçado mükafatı Donald Trampa həsr etdiyini bildirərək qəbul etsə də, ABŞ prezidenti medaldan imtina etməməyi "ən böyük günah" hesab edib.

Mənbələrdən biri bildirib ki, əgər Maçado mükafatdan imtina etsəydi və onu Donald Trampa məxsus olduğu üçün qəbul edə bilməyəcəyini desəydi, bu gün artıq Venesuelanın prezidenti olardı.

Nəşr həmçinin qeyd edir ki, Trampın Venesuela müxalifəti ilə bağlı şübhəli şərhləri Maçadonu və digər müxalifət nümayəndələrini çaşdırıb.

Bildirilib ki, onlar hazırda Vaşinqtonun Ali Məhkəmə tərəfindən dövlət başçısı vəzifəsini icra edən təyin olunmuş Venesuela icraçı vitse-prezidenti Delsi Rodrigez ilə necə qarşılıqlı əlaqə quracağını izləyirlər.

Müxalifətin gözləntilərinə görə, ya hökumətin tədricən dəyişdirilməsi ilə rəvan keçid, ya da mövcud elitaların Amerikanın himayəsi altında qalması ssenarisi baş verə bilər.

Seçilən
74
afn.az

1Mənbələr