AZ

Tramp seçkiqabağı strategiyasından faktiki imtina etdi...


Tramp seçki dövründə müharibələri qısa müddətdə dayandıracağını, rejimləri güc yolu ilə dəyişdirməyəcəyini və dövlətlərin daxili işlərinə qarışmayacağını deyirdi, hətta Nobel Sülh Mükafatına iddialı olduğunu bildirirdi. Lakin real prezidentlik fəaliyyəti ilə bu vədlər arasında ciddi uyğunsuzluq yarandı. O, müharibələri bitirəcəyini desə də, ABŞ-ın ənənəvi təzyiq və məhdud hərbi zərbə siyasətindən tam imtina etmədi.

Bununla yanaşı, Suriyanın, İranın və Nigeriyanın bombalanması və ya Venesuela prezidentinin ABŞ tərəfindən həbs edilməsi kimi faktlar iddialara uyğun deyil. Tramp dövründə ABŞ yeni genişmiqyaslı müharibələrə başlamadı, daha çox mövcud münaqişələr çərçivəsində məhdud hərbi addımlar atıldı. Buna görə də baş verənləri Trampın hakimiyyət strategiyasının tam iflası kimi deyil, ABŞ-ın siyasi-hərbi sisteminin prezidentdən asılı olmayaraq öz ənənəvi xəttini davam etdirməsinin göstəricisi kimi qiymətləndirmək daha realdır. Yəni bu o deməkdir ki, ABŞ-da kimin prezident olamasının o qədər də əhəmiyyəti yoxdur.

Akif NƏSİRLİ

Seçilən
17
baki-xeber.com

1Mənbələr