"Qapıçı Amin Ramazanov "Qarabağ"la təlim-məşq toplanışına yollanıb. Onun "Zaqatala" ilə icarə müqaviləsi yanvara qədər nəzərdə tutulmuşdu".
Bu sözləri Fanat.Az-a açıqlamasında "Zaqatala"nın baş məşqçisi Rüstəm Məmmədov deyib.
Bölgə təmsilçisinin çalışdrıcısı Aminin yeni ilə 1-ci Liqa komandasında başlamaq ehtimalının az olduğunu vurğulayıb: "Ramazanov onsuz da "Qarabağ"la məşq edir, oyunlardan öncə bizə qoşulurdu. Bildiyiniz kimi, Şahruddin Məhəmmədəliyev hazırda zədəlidir. Bu isə o deməkdir ki, "Qarabağ"a daha bir qolkiper lazımdır. Böyük ehtimalla, bizə yenidən icarəyə verilməyəcək. Amma bunu da indidən dəqiq demək çətindir. Hər şey ola bilər".
Nihat