AZ

"Xamenei də Moskvaya qaça bilər"

İranın ali lideri Əli Xamenei ölkədə etiraz aksiyaları fonunda vəziyyət kəskinləşəcəyi təqdirdə Tehranı tərk edə bilər.

Milli.Az xəbər verir ki, bu barədə "Tayms" (The Times) qəzeti kəşfiyyat hesabatına istinadən yazıb.

Xamenei 20 nəfərə qədər yaxın çevrəsi və ailə üzvləri ilə birlikdə Moskvaya təxliyə olunma variantını nəzərdən keçirir. Mənbəyə görə, şərti olaraq "B planı" adlanan variant Xameneinin oğlu və ehtimal olunan varisi Müctəba Xameneinin də ölkədən çıxarılmasını əhatə edir.

Qeyd edək ki, Bəşər Əsəd də Moskvaya sığınıb və hazırda burada yaşayır.

Milli.Az

Seçilən
105
milli.az

1Mənbələr