"Maduro bu gün Türkiyədə ola bilərdi, amma indi həbsdədir".
Publika.az xəbər verir ki, bunu Respublikaçı senator Lindsi Qraham ABŞ prezidenti Donald Trampla eyni təyyarədə açıqlama verərkən deyib.
"Maduro bu gün Türkiyədə ola bilərdi, amma o, Nyu-Yorkdadır. Maduro özündən başqa heç kimi günahlandırmamalıdır. Tramp ona çıxış yolu təklif edib. Amma o, Trampa və ABŞ ordusuna qarşı olmağı seçib. O, indi layiq olduğu yerdə, həbsxanadadır", - deyə senator qeyd edib.
Qrahamı dinləyən Tramp, bu iddiaları təsdiqləmək üçün başını yelləyib.