Bakı. Trend:
2025-ci ilin 1 dekabr tarixinə dövlət büdcəsinin dövlət borcunaxidmət xərclərindən 1 milyard 730,9 milyon manat vəsait istifadəedilib.
Trend MaliyyəNazirliyinə istinadən xəbər verir ki, bu vəsaitin 1 milyard 210,6milyon manatı xarici borclar, 520,3 milyon manatı isə daxiliborclar üzrə öhdəliklərin yerinə yetirilməsinə yönəldilib.
2025-ci ilin 1 dekabr tarixinə “Dövlət borcu və zəmanəti üzrəöhdəliklərin Təminat Fondu”nun qalığı 192,9 milyon manat və 10milyon ABŞ dolları təşkil edib.
Bir sıra iri maliyyə tutumlu layihələrin (su təchizatı, metroşəbəkəsinin genişləndirilməsi və digər sahələr) kredit vəsaitlərihesabına maliyyələşdirilməsi məqsədilə beynəlxalq maliyyə kredittəşkilatları ilə danışıqların aparıldığı və növbəti il ərzindəhəmin layihələr üzrə kredit sazişlərinin imzalanaraq təsdiqedilməsinin gözlənildiyi nəzərə alınaraq, 2026-cı il üzrə xaricidövlət borclanmasının yuxarı həddi 6 milyard manat, daxili dövlətborclanmasının yuxarı həddi 2 milyard manat müəyyən edilib. İlərzində veriləcək dövlət zəmanətlərinin məbləğinin yuxarı həddi 3milyard manat məbləğində müəyyənləşdirilib.