AZ

Ukrayna hərbçiləri “heç kim” ləqəbli Kuba vətəndaşını əsir götürüb

Kupyansk istiqamətində Ukrayna Silahlı Qüvvələrinin 127-ci ayrı Xarkov ağır mexanikləşdirilmiş briqadası “heç kim” ləqəbli Kuba vətəndaşı Joandi Depalazunu ələ keçirib.

Herbiand.az bildirir ki, bu barədə Korpus Xartiya Telegram kanalı məlumat yayıb.

Kubalının sözlərinə görə, Moskvada səkkiz ay işləyib, baxmayaraq ki, Rusiya vizası cəmi üç ay müddətində etibarlı olub: “Moskvada qanunsuz olmaq asan deyil, çünki polis hər gün şəhəri gəzir. Deyirlər ki, “ya bizə pul ver, ya sizi deportasiya edəcəyik, ya da müharibəyə göndərəcəyik””.

O, iddia edib ki, Ukraynaya qarşı müharibədə iştirak etmək üçün Rusiya Müdafiə Nazirliyi ilə müqavilə imzalamayıb, ona görə də vətəninə deportasiya edilməli idi. Lakin altı gün sonra onu cəbhəyə göndəriblər. Depalazu cəbhəyə gələndən bəri sənədlərini və ya ödənişlərini görmədiyini bildirib. Kubalı 2025-ci ilin avqust ayında Kupyanska gəlib.

Ukrayna hərbçiləri bir kubalı və iki rusu əsir götürsələrdə ruslar təxliyə zamanı qaçmağı bacarıblar. Kubalı əsir yerli qadının evinə aparılıb və tibbi yardım göstərilib.

“Bəlkə ölkəmə qayıdaram, bəlkə də yox. Əminəm ki, təxminən 20 illik həbsxanaya düşəcəm, çünki Kuba və Rusiya dostdur. Mənim gələcəyim yoxdur”, - kubalı bildirib.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
36
herbiand.az

1Mənbələr