AZ

Paşinyan Qaregini “devirir” Kilsə xadimlərilə birləşib “yol xəritəsi” elan etdi

Azpolitika.az saytına istinadən ain.az xəbər verir.

Ermənistanın Baş naziri Nikol Paşinyan altı arxiyepiskop və dörd yepiskopla birlikdə "Erməni Kilsəsinin yenilənməsi üçün" strateji yol xəritəsi imzalayıb.

“AzPolitika” xəbər verir ki, Paşinyan İmzalanma mərasiminin videosunu və "yol xəritəsi"ni öz Telegram kanalında yerləşdirib.

Sənəddə beş əsas məqam var:

- yenilənmə gündəliyinin təşviqi,

- Erməni Apostol Kilsəsinin (EAK) hazırkı rəhbərinin vəzifədən azad edilməsi,

- müəyyən edilmiş prosedura uyğun olaraq Katolikosun əvəzləyicisinin təyin edilməsi,

- EAK-ın nizamnaməsinin təsdiq edilməsi,

- müəyyən edilmiş prosedura uyğun olaraq Bütün Ermənilərin Katolikosunun seçilməsi.

Mətndə xüsusilə vurğulanır ki, nizamnamə kanonik prinsiplərə, maliyyə şəffaflığına və ruhanilər arasında yüksək səviyyəli etik standartlara riayət olunmasına zəmanət verməlidir.

Qeyd edək ki, son zamanlar Paşinyan II Qareginin Erməni Apostol Kilsəsinin rəhbəri vəzifəsindən uzaqlaşdırılması təşəbbüsünü açıq şəkildə irəli sürür. Baxmayaraq ki, bu vəzifə, kilsə nizamnaməsinə əsasən, ömürlük nəzərdə tutulur.

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
54
azpolitika.info

1Mənbələr