AZ

Azərbaycanın dövlət borcu açıqlanıb

Bakı. Trend:

2025-ci il 1 dekabr tarixinə Azərbaycan Respublikasının ümumidövlət borcunun həcmi 25 milyard 272,7 milyon manata bərabərolub.

Trend MaliyyəNazirliyinə istinadən xəbər verir ki, bu, 2025-ci il üzrəproqnozlaşdırılan ÜDM-in 19,5 faizini təşkil edir.

Məcmu dövlət borcunun 8 milyard 195,2 milyon manatı xaricidövlət borcunun, 17 milyard 77,5 milyon manatı daxili dövlətborcunun payına düşür.

Beynəlxalq maliyyə bazarlarında yerləşdirilmiş istiqrazlar,habelə əməkdaşlıq edilən müxtəlif beynəlxalq maliyyə-kreditqurumları və xarici banklarla imzalanmış kredit sazişləriçərçivəsində faktiki istifadə olunmuş hissə üzrə yerinə yetirilmişöhdəliklər nəzərə alınmaqla, 2025-ci ilin 1 dekabr tarixinəoperativ məlumatlara əsasən, xarici dövlət borcu 4 milyard 820,7milyon ABŞ dolları ekvivalentində olub. Xarici dövlət borcu 2025-ciilin əvvəli ilə müqayisədə 309 milyon ABŞ dolları və ya 6 faizazalıb

2025-ci il 1 dekabr tarixinə daxili dövlət borcu 17 milyard 77,5milyon manat və ya 2025-ci il üzrə proqnozlaşdırılan ÜDM-in 13,2faizini təşkil edib.

2025-ci ilin əvvəli ilə müqayisədə daxili dövlət borcununsəviyyəsi 1 milyard 582,2 milyon manat və ya 8,5 faiz azalıb.

Daxili dövlət borcunun 8 milyard 18 milyon manatını dövlətqiymətli kağızları üzrə qalıq borc təşkil edir. Bunun 7 milyard837,9 milyon manatını daxili maliyyə bazarında yerləşdirilmişdövlət istiqrazlarının,
180,1 milyon manatı veksellər üzrə qalıq borcun payına düşür.

Daxili dövlət borcunun yerdə qalan 9 milyard 59,5 milyonmanatını “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin sağlamlaşdırılmasıvə toksik aktivlərinin reallaşdırılması tədbirləri çərçivəsindəburaxılmış dövlət zəmanətli qiymətli kağızlar üzrə hökumətinüzərinə götürdüyü öhdəliklər təşkil edir.

Dövlət qiymətli kağızlarının 2,6 faizi 1 illik, 56,2 faizi 2 və3 illik, 41,2 faizi isə 5 il və daha artıq müddətli dövlət qiymətlikağızlarının payına düşür.

Məqalədə:
Seçilən
35
19
az.trend.az

10Mənbələr