AZ

Koxalskinin qiyməti “Qarabağ”ın planı

futbolpress-az saytına istinadən ain.az xəbər verir.

“Qarabağ” qapıçısı Mateuş Koxalskinin qiymətini müəyyənləşdirib.

Azərbaycan təmsilçisi adı Avropa klubları ilə hallanan qolkiper üçün 7 milyon avro tələb edir. Bu barədə Polşa mətbuatı məlumat yayıb.

Futbolpress.az-ın məlumatına görə, Koxalskinin adı daha əvvəl Dortmund “Borussiya”sı və “Napoli” ilə hallanıb. Lakin “Qarabağ”a hansısa klubdan rəsmi təklif yoxdur. Polşalı ilə maraqlananlar mövsümün sonuna kimi onu yaxından izləyəcək.

“Qarabağ” da Koxalskini buraxmaq niyyətində deyil. Qurban Qurbanov komandanın əsas qapıçısını yaya kimi heyətdə saxlamağın tərəfdarıdır. Şahruddin Məhəmmədəliyevin zədələnməsi və Fabian Buntiçin istənilən səviyyədə olmaması üzündən Koxalski üçün gələcək təkliflər qəbul edilməyəcək.

Koxalski bu mövsüm 20 oyunda 26 qol buraxıb. O, 6 matçda qapısını toxunulmaz saxlayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
29
futbolpress.az

1Mənbələr