Bakı, 5 yanvar, AZƏRTAC
İngiltərənin “Mançester Yunayted” klubunun baş məşqçisi Ruben Amorim istefaya göndərilib.
AZƏRTAC xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano paylaşım edib
Onun sözlərinə görə, portuqaliyalı mütəxəssislə yolların ayrılması ilə bağlı qərar bu gün qəbul olunub.
R. Amorimin qovulmasına komandanın uğursuz nəticələri səbəb olub.