AZ

"Sosial inklüzivlik və insan hüquqları sahəsində beynəlxalq əməkdaşlıq güclənir" - QHT sədri

"2025-ci il bizim üçün beynəlxalq əməkdaşlıq baxımından kifayət qədər məhsuldar il olmuşdur. Müxtəlif beynəlxalq təşkilatlarla əlaqələrin qurulması, birgə layihələrdə iştirak və təcrübə mübadiləsi imkanlarımız genişlənmişdir. Xüsusilə sosial inklüzivlik, insan hüquqları və dayanıqlı inkişaf sahələrində əməkdaşlıq potensialımızın artdığını müşahidə edirik".

Bu fikirləri “Əlilliyi olan şəxslərə sosial dəstək” İctimai Birliyinin sədri Təranə Musayeva QHT.az-a bildirib. Onun sözlərinə görə, son illər Azərbaycan QHT-lərinin beynəlxalq platformalarda təmsilçilik səviyyəsində müsbət dinamika müşahidə olunur:

"Bir sıra QHT-lər beynəlxalq forumlarda, konfranslarda və şəbəkələrdə aktiv iştirak edir. Bununla yanaşı, düşünürəm ki, hələ də potensial tam reallaşdırılmayıb və daha sistemli yanaşmaya ehtiyac var".

Seçilən
34
qht.az

1Mənbələr