AZ

"Real" "Liverpul"un futbolçusuna görə hərəkətə keçdi

“Liverpul”un mərkəz yarımmüdafiəçisi Ryan Qravenberx karyerasını Madrid “Real”ında davam etdirə bilər.

Publika.az xəbər verir ki, bu barədə "Fichajes" məlumat yayıb.

İspaniya nəhəngi mərkəz xəttini gücləndirmək üçün yüksək səviyyəli oyunçunu transfer etmək istəyir. Mənbə bildirir ki, “kral klubu” artıq Qravenberx üçün “Liverpul”a rəsmi təklif göndərib.

Niderlandlı futbolçu ilə “Barselona” da maraqlıdır.

Seçilən
68
publika.az

1Mənbələr