AZ

Azərbaycanlı istifadəçilər arasında ən populyar internet-brauzeri məlum olub

Bakı. Trend:

2025-ci ilin dekabr ayında "Google Chrome" internet-brauzeriAzərbaycan istifadəçiləri arasında populyarlıq baxımındanliderliyini qoruyub saxlayıb.

Trend-ə "GlobalStats" Statistika Mərkəzindən verilən məlumata görə, bu brauzerinyerli bazardakı payı əvvəlki aya nisbətən 2,04 faiz bəndi artaraq84,74 faiz təşkil edib.

Eyni dövrdə "Safari" internet-brauzerinin Azərbaycan bazarındakıpayı 6,94 faiz olub və 0,35 faiz bəndi azalıb.

"Samsung" brauzerinin bazar payı hesabat dövründə 0,21 faizbəndi azalaraq 2,14 faiz təşkil edib.

Siyahıda növbəti yeri "Opera" internet-brauzeri tutub. Belə ki,bu brauzerin Azərbaycan bazarındakı payı 0,49 faiz bəndi azalarq1,88 faiz olub.

Eyni dövrdə "Edge" brauzerinin payı 0,33 faiz bəndi azalaraq1,77 faiz, "Yandex Browser"in payı isə 0,36 faiz bəndi azalaraq0,99 faiz təşkil edib.

2025-ci ilin dekabr ayında "Mozilla Firefox"internet-brauzerinin payı 0,36 faiz bəndi azalaraq 0,81 faizolub.

Məqalədə:
Seçilən
30
az.trend.az

1Mənbələr