AZ

"Gürcüstan Venesuelada baş verənlərdən dərs çıxartmalıdır” - Gürcü siyasətçi

“Venesuelada baş verənlər Gürcüstanın qonşu ölkələrlə münasibətləri ilə bağlı xəbərdarlıq olmalıdır”.

Missiya.Az xəbər verir ki, bunu “Vahid Neytral Gürcüstan” partiyasının icraçı katibi Vaxtanq Şakarişvili deyib.

"Gürcüstan Venesuelada baş verənləri daha bir dərs kimi qəbul etməlidir. Əgər böyük və güclü qonşunuz varsa, özünüzü onun düşmənlərinin düşərgəsində, hipotetik xarici dəstəyə güvənərək tapa bilməzsiniz", - deyə siyasətçi bildirib.

Şakarişvili Ukraynanın artıq dağıdıcı münaqişəyə qarışdığını, Gürcüstan üçün isə 2008-ci ildə oxşar siyasətin silahlı münaqişəyə və ərazisinin bir hissəsi üzərində nəzarətin itirilməsinə səbəb olduğunu aydınlaşdırıb.

Son hadisələr və digər ölkələrin nümunələri nəzərə alınmaqla, Şakarişvili Gürcüstanın neytrallığa nail olması üçün səy göstərməyə çağırıb.

Daşqın HəsənovMissiya.Az

Seçilən
60
1
missiya.az

2Mənbələr