AZ

Hansı evlərə çıxarış veriləcək? AÇIQLAMA

Demokrat.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

“2026-cı ilin Azərbaycanda “Şəhərsalma və Memarlıq ili” elan edilməsi illərdir həllini gözləyən plansız və sənədsiz tikililər məsələsinin sistemli şəkildə gündəmə daşındığını göstərir. Xüsusilə çıxarışı olmayan fərdi yaşayış evləri həm sosial, həm də hüquqi baxımdan ciddi problem yaradır”. Bu sözləri əmlak eksperti Rəşad Quliyev Demokrat.az-a açıqlamasında bildirib.O deyib ki, il ərzində 500 mindən çox evin sənədləşdirilməsi ehtimalı vətəndaşların mülkiyyət hüquqlarının tanınması baxımından mühüm addımdır:“Bu proses ilk növbədə təhlükəsiz zonalarda, şəhərsalma normalarına qismən uyğun olan tikililəri əhatə edəcək. Riskli ərazilərdə sürüşmə zonaları, mühafizə zolaqları, kommunikasiya xətləri üzərində yerləşən evlər isə sənədləşmədən kənarda qala və ya alternativ həll yolları təklif oluna bilər. Burada əsas məqsəd yalnız çıxarış vermək deyil, həm də təhlükəsiz və planlı şəhər mühitinin formalaşdırılmasıdır. Sənədləşmə daşınmaz əmlak bazarına da müsbət təsir göstərəcək. Çıxarış alan evlər girov predmeti kimi bank sektoruna daxil olacaq, alqı-satqı və miras prosesləri şəffaflaşacaq. Eyni zamanda, dövlət üçün vergi bazasının genişlənməsi deməkdir. Lakin prosesin uğuru üçün vahid yanaşma, açıq meyarlar və vətəndaşların əvvəlcədən düzgün məlumatlandırılması vacibdir. Əks halda, gözləntilərlə real nəticələr arasında fərq yarana bilər”.Leyla Turan

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
46
demokrat.az

1Mənbələr