AZ

Tramp Tehranı Venesuelanı təkrar vurmaqla hədələdi


Venesuela olaylarının gündəmdən düşmədiyi bu günlərdə ABŞ Prezidenti Donald Tramp indi də İrana barmaq silkələyib. Maraqlıdır ki, Tramp Tehranı Venesuelanı bir daha vurmaqla hədələyib.

Ağ Ev rəhbəri deyib ki, əgər İran "pis davranarsa", Venesuelaya yenidən zərbə endirə bilər. İrandakı etirazlarla bağlı jurnalistlərə şərh verən Prezident Tramp bildirib ki, ABŞ İrandakı etirazları yaxından izləyir. O, etirazlar zamanı itki olarsa, Vaşinqtondan sərt cavab tədbirləri vəd edib. ABŞ prezidentinin sözlərinə görə, əgər İran hakimiyyəti "insanları öldürməyə başlayarsa", ABŞ-dan çox güclü zərbə ilə üzləşəcək.

Xatırladaq ki, daha əvvəl İranda rialın dəyərdən düşməsi səbəbindən qırğınlar baş vermis, Qərbi İranda etirazçılar məscidə hücum edərək dini ədəbiyyatı yandırmışdı.

SAMİRƏ

Seçilən
20
baki-xeber.com

1Mənbələr