AZ

Media: Cozef Bayden ABŞ prezidentləri arasında ən çox təqaüd alan şəxsdir

Bakı, 5 yanvar, AZƏRTAC

Birləşmiş Ştatların sabiq dövlət başçısı Cozef Bayden ABŞ liderləri arasında ən çox təqaüdlə istefaya gedən prezidentdir.

AZƏRTAC xəbər verir ki, “New York Post” qəzeti bu barədə ABŞ Vergi Ödəyiciləri Fondunun vitse-prezidenti Demian Brediyə istinadla məlumat yayıb.

Məlumata görə, hazırda Cozef Baydenin təqaüdü 417 min dollar təşkil edir ki, bu da onun prezidentlik dövründəki maaşından 17 min dollar çoxdur. Sabiq dövlət başçısına 2026-cı maliyyə ilində 1,5 milyon dollardan çox vəsait ayrılıb. Bunun 727 min dolları onun ofisinin icarəsi üçündür.

Bu fürsət Cozef Baydenin senatorluqdan vitse-prezidentliyə və daha sonra ABŞ prezidentliyinə qədər keçdiyi unikal karyera sayəsində yaranıb.

Seçilən
27
2
azertag.az

3Mənbələr