BAKI, 5 yanvar. TELEQRAF
Özbəkistan parlamentinin deputatı Əlişir Kadırov Rusiyadakı Özbəkistan vətəndaşlarını ölkəni tərk etməyə və vətənlərinə qayıtmağa çağırıb.
Teleqraf xəbər verir ki, o, səbəblərdən biri kimi vəziyyətin pisləşməsi və miqrantlara qarşı basqınların artmasını göstərib.
Əlişir Kadırovun sözlərinə görə, Rusiya kəşfiyyat orqanları Mərkəzi Asiya ölkələrindən olan vətəndaşları gələcək iğtişaşların potensial iştirakçıları kimi görür.
“Ağlınızı işə salın, Rusiyanı mümkün qədər tez tərk edin. Heç bir gəlir valideyn və uşaqlarınızın gözyaşlarına dəyməz”, - deputat bildirib.
Müraciət Xabarovskda Özbəkistan vətəndaşının öldürülməsi xəbərindən sonra edilib. Özbəkistan Xarici İşlər Nazirliyi hadisə ilə bağlı Rusiyaya nota verib.