AZ

Növbəti Qrenlandiyadır?

525.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

ABŞ Prezidenti Donald Trampın  Qrenlandiyanı ilhaq etməklə bağlı növbəti açıqlaması həm adada, həm də Danimarkada ciddi narahatlıqla qarşılanıb.

525.az xəbər verir ki, bir sıra Avropa ölkələri liderləri də bununla bağlı bəyanat yayaraq etirazlarını bildiriblər.

Qeyd edək ki, Donald Tramp bu yaxınlarda "Atlantic" jurnalına verdiyi müsahibədə Qrenlandiyanın ABŞ-a birləşməsinin vacibliyini qəti şəkildə bəyan edib və adaya nəzarətin strateji zəruriliyini vurğulayıb.

"Bizə Qrenlandiya həqiqətən lazımdır. Milli təhlükəsizlik səbəbləri üçün Qrenlandiya ABŞ üçün vacibdir və Avropa İttifaqında da bunu bilirlər", - Tramp söyləyib.

O, bunu adanın Rusiya və Çin gəmiləri ilə əhatə olunması ilə əsaslandırıb.

Buna cavab olaraq Danimarkanın Baş naziri Mette Frederiksen Vaşinqtonu təzyiqi dayandırmağa çağırıb.

Qrenlandiyanın Baş naziri Yens-Frederik Nilsen isə bəyan edib ki, ada dialoqa hazırdır. 

Onun sözlərinə görə, ABŞ Prezidentinin "Bizə Qrenlandiya lazımdır" deməsi, adanı Venesuela və hərbi müdaxilə ilə əlaqələndirməsi sadəcə səhv deyil:

“Bu, hörmətsizlikdir. Ölkəmiz supergüc ritorikasının hədəfi deyil".

Baş nazir daha sonra bildirib: “Biz xalqıq. Ölkəyik, demokratiya. Buna hörmət edilməlidir. Xüsusilə yaxın və sadiq dostlar tərəfindən. Müttəfiqliklər hörmət tələb edən etibar üzərində qurulur. Dostlar arasında təhdidlər, təzyiqlər və ilhaq danışıqları qəbuledilməzdir. Dəfələrlə məsuliyyət, sabitlik və sədaqət nümayiş etdirən bir xalqla bu cür danışmaq olmaz. Yetər. Təzyiq dayandırılmalı, ilhaq fantaziyaları aradan qalxmalıdır”.

Öz növbəsində Litvanın xarici işlər naziri Kestutis Budris bildirib ki, bu ərazi Danimarka Krallığının ayrılmaz hissəsidir: "Qrenlandiya güclü demokratik dövlət və etibarlı NATO müttəfiqi olan Danimarka Krallığının ayrılmaz hissəsidir. Ərazi bütövlüyünə və suverenliyə hörmət qlobal sabitliyin əsas amilidir. Qrenlandiya və ya Danimarka ilə bağlı bütün qərarlar yalnız onlara məxsusdur".

Finlandiya Prezidenti Aleksandr Stubb Danimarka və Qrenlandiya ilə bağlı məsələlərin yalnız onların öz səlahiyyətləri daxilində olduğunu vurğulayıb. Finlandiya lideri “X” sosial hesabında bildirib ki, ölkəsi qonşu və dost Danimarkanı tam dəstəkləyir. 

Həmçinin Böyük Britaniyanın Baş naziri Kir Starmer danimarkalı həmkarı ilə mövzunu müzakirə edib və öz dəstəyini bildirib.

Pərvanə Sultanova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
47
525.az

1Mənbələr