AZ

Bu il keçmiş məcburi köçkünlərin sosial müdafiəsinə 285 milyon manat ayrılacaq

Bakı. Trend:

Keçmiş məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərinsosial müdafiəsinin təmin edilməsi məqsədilə bu ilin dövlətbüdcəsində 285 milyon manat, o cümlədən vahid aylıq müavinətinverilməsi üçün 252 milyon manat, kommunal xidmətlərin haqqınındövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi üçün 17,5 milyonmanat,digər tədbirlər üçün isə 15,5 milyon manat vəsait nəzərdətutulur.

Trend bubarədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinintabeliyində Dövlət Sosial Müdafiə Fondunun büdcəsininbalanslaşdırılması məqsədilə dövlət büdcəsində 1 milyard 700 milyonmanat vəsait nəzərdə tutulur. Bu vəsaitin Fondun xərclərinintərkibində xüsusi çəkisi 20 faiz təşkil edəcək.

Qeyd edilib ki, xərclərin artımının əsas səbəbi pensiya ödənişixərclərinin cari il üçün ölkə üzrə gözlənilən orta aylıq əməkhaqqının artım tempinə müvafiq olaraq indeksləşdirilməsi iləbağlıdır.

Seçilən
87
2
az.trend.az

3Mənbələr