AZ

Böyük bahalaşma QAPIDA – Maaşlar və pensiyalar isə…

2026‑cı ildə Azərbaycanda əməkhaqqı və müavinət artımları ilə bağlı məsələlər iqtisadi və sosial gündəmin əsas mövzularından biridir.

NOCOMMENT.az xəbər verir ki, son illər ölkədə inflyasiya nisbətən sabit olsa da, gündəlik xərclərin, xüsusən yanacaq və ərzaq məhsullarının qiymətinin artması insanların real gəlirlərinə birbaşa təsir göstərir. 2024‑cü ilin yayında benzin və dizelin qiymətində edilən artımlar — 92 oktanlı benzinin litri üçün 5 qəpik, dizel üçün isə 10 qəpik artım yalnız nəqliyyat xərclərini deyil, həm də kənd təsərrüfatı, logistika və istehlak mallarının qiymətini yüksəltməkdədir.

Bu artımlar əhalinin gündəlik xərclərinə əlavə təzyiq göstərir və qısa müddətdə inflyasiya təzyiqini gücləndirir.

Ölkədə planlaşdırılan sosial və əməkhaqqı artımları bu riski azaltmaq məqsədi daşıyır.

2025‑cı ilin dekabrın sonlarında benzin və dizelin qiymətində edilən artımlar — 92 oktanlı benzinin litri üçün 5 qəpik, dizel üçün isə 10 qəpik artım yalnız nəqliyyat xərclərini deyil, həm də kənd təsərrüfatı, logistika və istehlak mallarının qiymətini yüksəltməkdədir.

Bu artımlar əhalinin gündəlik xərclərinə əlavə təzyiq göstərir və qısa müddətdə inflyasiya təzyiqini gücləndirir.

İqtisadçı Kərim Mehdizadə hesab edir ki, bu artımlar sosial rifahın qorunması və əhalinin alıcılıq qabiliyyətinin təmin olunması baxımından vacibdir:

“Pensiya və əməkhaqqı artımları inflyasiya təzyiqini yumşaldır, eyni zamanda əhalinin gündəlik xərclərini qarşılamağa imkan verir. Əsas risk enerji və nəqliyyat xərclərinin sürətlə artmasıdır, çünki bu xərclərin yüksəlişi digər məhsul və xidmətlərin də qiymətini artırır və nəticədə alıcılıq qabiliyyətinə əlavə təzyiq yaradır”.

Mehdizadə bildirir ki, inflyasiya ilə əməkhaqqı və pensiya artımları paralel olmasa, insanların real gəlirləri azalacaq:

“Bu isə, xüsusilə də bayram və ya mövsümi xərclərin yüksək olduğu dövrlərdə.sosial gərginlik yarada bilər. Ona görə də hökumət və iqtisadi qurumlar əməkhaqqı və müavinət artımlarını yalnız nominal rəqəmlərlə deyil, real xərclər və qiymət artım tempini nəzərə alaraq planlaşdırmalıdır.

2026‑cı ildə planlaşdırılan əməkhaqqı və müavinət artımları əhalinin real alıcılıq qabiliyyətini qorumağa yönəlmiş və inflyasiya təzyiqlərini yumşaltmaq məqsədli addımlardır”.

“Bununla belə yanacaq, ərzaq və digər gündəlik xərclərin yüksəlməsi əlavə maliyyə təzyiqi yaradır və əməkhaqqı artımlarının yetərliliyini daim gündəmə gətirir. Əhalinin rifahını qorumaq üçün dövlətin sosial siyasəti həm əməkhaqqı və müavinətlərin artırılmasını, həm də mal və xidmətlərin qiymətinin sabit saxlanmasını balanslı şəkildə təmin etməlidir”, – iqtisadçı qeyd edib.

Seçilən
51
nocomment.az

1Mənbələr