AZ

Siliya Flores haradadır?

Nikolas Maduro ilə birlikdə Venesueladan qaçırılan xanımı Silia Flores yalnız bir və ya iki dəfə görüntülənib.

"Yeni Sabah" Fox News-a istinadla xəbə verir ki, Ağ Ev rəsmiləri cütlüyün aqibəti barədə danışarkən onun adını ümumiyyətlə çəkmirlər.

O cümlədən Donald Tramp Flores haqqında heç nə danışmayıb. "Ona görə də Siliyaya dair planın nə olduğu bəlli deyil", - beynəlxalq siyasət üzrə ekspert Roksana Virgil bildirib.

"Hətta dövlət katib Marko Rubio Maduronun hakimiyyətdən getməsi üçün səxavətli təkliflərdən imtina etdiyini, eyni zamanda, Siliyanın Maduro ilə niyə birlikdə qaçırıldığını və məxfi danışıqlarda hansı rol oynadığını qeyd etmədi. 2020-ci ildə Maduroya qarşı ittiham irəli sürülərkən belə xanım Floresə qarşı ittiham irəli sürülməyib, - Virgil xatırladıb. - Prezident Trampın son 4 ayda Maduroya qarşı ritorikasına Siliya daxil deyil".

Hazırda Siliya Floresin harada saxlanıldığı da dəqiq bilinmir.


Telegram kanalımız
Seçilən
109
yenisabah.az

1Mənbələr