İranın inzibati bölgüsündəki Şərqi Azərbaycan əyalətinin Culfa şəhərində yaşayan milli fəal və keçmiş siyasi məhbus Yürüş Mehrəlibəyli saxlanılıb.
AzNews.az xəbər verir ki, bu barədə onun ailəsinə yaxın mənbələr məlumat yayıb.
İranın rəsmi qaynaqları milli fəalın həbsi ilə bağlı açıqlama yaymayıblar.
Onun harada saxlanıldığı və həbs səbəbi məlum deyil.
Güney Azərbaycanın tanınmış milli fəallarından olan Yürüş (Ayət) Mehrəlibəyli 2023-cü ildə də ETTELAAT məmurları tərəfindən saxlanılmıdı.
O, 1979-cu ilin yanvarın 31-də Şərqi Azərbaycanın Xarvana rayonunun Qarlıca yaylağında anadan olub. Sonralar ailəsi Culfa şəhərinin Şuca kəndinə köçür. Bu kənddə böyüyən Yürüş Mehrəlibəyli tam orta məktəbi Ələmdar şəhərində bitirdikdən sonra Rəşt Universitetinin “Sənaye idarəçilik” ixtisasına daxil olur və buranı bitirir. Ardınca Tehranın Tərbiyət Müdərris Universitetinə daxil olaraq magistr dərəcəsini də başa çatdırır. Lakin onun doktorantura dərəcəsində təhsil almasına icazə verilmir.