AZ

Həmin həkimdən təzminat aldım

ain.az, Axsham.az portalına istinadən məlumat verir.

Müğənni Nazim Pişiyari illər əvvəl keçirtdiyi ağır günlərdən və həkimin onu səhv əməliyyat etməsindən danışıb.

Axşam.az xəbər verir ki, sənətçi "Həftənin qonağı" verilişində həkimdən təzminat aldığını deyib:

"Həkimi məhkəməyə verdim. Ondan təzminat aldım. Son məqamda həkim səhvi olduğu qəbul edildi. İsraildə, Türkiyədə ekspertiza aparıldı və sübut edildi ki, səhv həkimin olub.

Məhkəmə ərəfəsində həkim işindən kənarlaşdırıldı, heç bir əməliyyat edə bilməzdi. Tibb Univeritetində dərs deyirdi, oradan da müəllim kimi kənarlaşdırıldı. Bütün hesabları bağlanıb, ölkədən çıxışına qadağa qoyulmuşdu".

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
74
4
axsam.az

5Mənbələr