Bakı.Trend:
2026-cı ilin dövlət büdcəsində elmin maliyyələşdirilməsi üçün229,5 milyon manat vəsait proqnozlaşdırılıb ki, bu da 2025-ci illəmüqayisədə 9,7 milyon manat və ya 4,1 faiz azdır.
Trend-inməlumatına görə, bu, Maliyyə Nazirliyinin hazırladığı “Vətəndaşınbüdcə bələdçisi”ndə öz əksini tapıb.
Bildirilib ki, elm xərcləri üçün ayrılmış vəsaitin 207,1 milyonmanatı fundamental elm xərclərinin, 22,4 milyon manatı ümumdövlətxidmətləri üzrə tətbiqi tədqiqatlar ilə bağlı xərclərin payınadüşəcək.