AZ

2026-cı ili borcsuz keçirmək istəyənlərin nəzərinə

2026-cı ildə borcsuz bir il keçirmək mümkündür. Bunun üçün əsas şərt düzgün maliyyə vərdişləri formalaşdırmaqdır.

Milli.Az xəbər verir ki, maliyyə savadlılığı üzrə tövsiyələrə əsasən, borcdan uzaq qalmağa kömək edən yeddi əsas üsul var.

Kredit kartlarını ləğv edin: Kredit kartları rahat xərcləmə vərdişi yaradır və insanı daimi borc içində saxlayır. Kartları ləğv etdikdən sonra ilk aylarda çətinlik hiss olunsa da, qısa müddət ərzində kredit kartsız yaşamağa uyğunlaşmaq mümkündür.

Maaşdan mütləq yığıma pay ayırın: Hər ay maaşın ən azı 10-20 faizi yığıma yönəldilməlidir. Bu vəsait işsizlik, tibbi problem və ya fövqəladə hallar zamanı borc almaq əvəzinə dayaq rolunu oynayır.

İstəklərə görə yox, gəlirə görə xərcləyin: Xərcləmələr arzulara yox, real gəlirə uyğun olmalıdır. Xalq arasında deyildiyi kimi, "ayağını yorğanına görə uzatmaq" maliyyə sabitliyinin əsas şərtidir.

Xərcləri yazın və büdcə planı qurun: Xərclər qeyd olunmadıqda, lazımsız pul itkisini görmək mümkün olmur. Gündəlik və aylıq xərclərin yazılması büdcəyə nəzarəti gücləndirir və artıq xərcləri açıq şəkildə üzə çıxarır.

Bonus və əlavə gəlirləri xərcləməyin: Maaş artımı, bonus və ya evdə satılan hər hansı əşyadan əldə olunan gəlir gündəlik xərclərə yox, yığıma yönəldilməlidir. Bu vəsait zamanla şəxsi fövqəladə fondun formalaşmasına kömək edir.

Kart əvəzinə nağd ödəniş edin: Kartla ödəniş xərclərə nəzarəti çətinləşdirirsə, nağd ödənişə keçmək tövsiyə olunur. Nağd pul xərclənərkən məbləğ daha real hiss olunur və bu, qənaəti artırır.

Əlavə gəlir mənbəyi yaradın: Bacarıq və peşə sahəsinə uyğun əlavə gəlir mənbəyi formalaşdırmaq mümkündür. Kiçik biznes, xidmət göstərmək və ya ödənişli işlər illik gəlirə ciddi dəstək verə bilər.

Mina Mikayılova
Milli.Az

Seçilən
82
3
milli.az

4Mənbələr