AZ

Tramp Kolumbiya Prezidentini hədələyib: “Tədbir görməsə...”

Ayna portalından verilən məlumata əsasən, ain.az bildirir.

“Kolumbiya Prezidenti kokain istehsalının genişlənməsinə təkan verir ki, bu da ABŞ-ın milli maraqlarını təhdid edir”

“Kolumbiya Prezidenti Qustavo Petro Latın Amerikasında kokain istehsalının genişlənməsinə təkan verir ki, bu da ABŞ-ın milli maraqlarını təhdid edir”. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp mətbuat konfransında deyib.

“Əgər Latın Amerikası ölkəsinin hazırkı lideri bu təhlükəli narkotikin istehsalını məhdudlaşdırmaq üçün tədbirlər görməsə, ABŞ hakimiyyəti Venesuela nümunəsini əsas götürərək ölkədə hərbi əməliyyat keçirmək hüququnu özündə saxlayır. Əks halda, Petro ABŞ hüquq-mühafizə orqanları tərəfindən saxlanılan Nikolas Maduro ilə eyni aqibəti yaşayacaq”, - Tramp qeyd edib.

Tramp deyib ki, “narkotik fabriklərinə nəzarət edən Latın Amerikası ölkəsinin hakimiyyəti artıq ABŞ-a əvvəlki miqdarda kokain sata bilməyəcək”.

"Kolumbiya da çox xəstədir; onu kokain istehsal etməkdən və ABŞ-a satmaqdan zövq alan xəstə bir adam idarə edir. Və o (Prezident Qustavo Petro) bunu uzun müddət edə bilməyəcək", - deyə Tramp fikrini yekunlaşdırıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
48
ayna.az

1Mənbələr