AZ

İqlim dəyişikliyi ilə əlaqəli tədbirlərə bu il 1,3 milyard manat proqnozlaşdırılıb

Bakı. Trend:

2026-cı il üzrə iqlim dəyişikliyi ilə əlaqəli “Kənd təsərrüfatı”və “Ətraf mühitin mühafizəsi” sektorlarının tədbirləri üzrə 1,3milyard manat proqnozlaşdırılıb.

Bu barədə Trend Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Vurğulanıb ki, Azərbaycanın iqlim dəyişmələri ilə mübarizəsahəsində həyata keçirdiyi mitiqasiya tədbirləri həm milli enerjitəhlükəsizliyinin gücləndirilməsinə, həm də beynəlxalq iqlimöhdəliklərinin yerinə yetirilməsinə xidmət edir.

Bildirilib ki, bu tədbirlər nəticəsində ölkənin “yaşıl artım”modeli üzrə inkişafı sürətləndiriləcək və uzunmüddətli dayanıqlıiqtisadi transformasiya təmin olunacaq.

Qeyd edilib ki, növbəti iki il ərzində ölkədə 10 günəş və küləkelektrik stansiyasının istismara verilməsi planlaşdırılır.Beynəlxalq maliyyə təşkilatlarının iştirakı ilə həyata keçirilən vəümumi investisiya dəyəri 2,7 milyard ABŞ dolları olan bu layihələrnəticəsində bərpaolunan enerji mənbələrinin ümumi enerjiistehsalında payının artırılması nəzərdə tutulur.

Proqnoza görə, 2027-ci ilə qədər Azərbaycanın quraşdırılmışenerji gücündə bərpa olunan enerji mənbələrinin payı 33,7 faizə,2030-cu ildə 38 faizə və 2035-ci ildə isə 42,5 faizəçatdırılacaq.

Məqalədə:
Seçilən
40
az.trend.az

1Mənbələr