ain.az bildirir, Turkstan.az saytına əsaslanaraq.
ABŞ-da Donald Tramp administrasiyasının Venesuela ilə bağlı planını Vaşinqtonun maraqlarına uyğun şəkildə formalaşdırdığı və Venesuela prezidenti Nikolas Maduronun həbsindən sonra vitse-prezident Delsi Rodrigezi müvəqqəti rəhbərlik üçün daha “məqbul” seçim hesab etdiyi irəli sürülüb.
Turkustan.az xəbər verir ki, New York Times (NYT) qəzetinin mövzu ilə tanış olan ABŞ və Venesuela mənbələrinə istinadən yaydığı məlumata görə, Maduronun son həftələrdəki “rahat” ictimai davranışı Tramp komandasındakı bəzi şəxslər tərəfindən “ABŞ-ı ciddiyə almamaq” və “göz qorxutma siyasətini nəzərə almamaq” kimi qiymətləndirilib. Mənbələr bildirir ki, bu yanaşma Ağ Evin Venesuelaya qarşı hərbi təhdidlərini davam etdirmək qərarına təsir göstərib.
Məlumatda qeyd olunur ki, ABŞ rəsmiləri həftələr əvvəl Maduronun yerinə Venesuela vitse-prezidenti Delsi Rodrigezin gətirilməsi ilə bağlı “məqbul” namizəd üzərində razılığa gəliblər. Bu qərarın verilməsində Rodrigezin gələcəkdə Amerika enerji investisiyalarının qorunmasını təmin edə biləcəyi ehtimalı mühüm rol oynayıb.
Aytən Yaşar/ Turkustan.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.