AZ

Rodriqes ritorikasını dəişir | Trampa əməkdaşlıq təklif edir

AzVision.az “CNN” telekanalına istinadən xəbər verir ki, Venesuelanın vitse-prezidenti Delsi Rodriqesin sözlərinə görə, əməkdaşlıq proqramı“cəmiyyətin uzunmüddətli birgəyaşayışını gücləndirmək məqsədi ilə beynəlxalq hüquq çərçivəsində birgə inkişafa”yönəldiləcək.Venesuela ABŞ və regionla “balanslı və hörmətli beynəlxalq münasibətlərə” keçidi“prioritet edəcək”.

“Prezident Donald Tramp, xalqımız və regionumuz müharibəyə deyil, sülhə və dialoqa layiqdir. Bu, həmişə prezident Nikolas Maduronun mesajı olub, indi də bütün Venesuelanın mesajıdır. Venesuela sülh, inkişaf, suverenlik və gələcək hüququna malikdir”, - xanım Rodriqes ABŞ prezidentinə müraciət edib.

“CNN” Rodriesin son açıqlamalarındakı ritorikanın Nikolas Maduronu vəzifədən uzaqlaşdırmaq üçün ABŞ-nin“qəddarcasına güc tətbiqini”pislədiyi əvvəlki bəyanatlarının tonundan fərqləndiyinə diqqət çəkib.

Tramp Maduro ilə bağlı əməliyyatın detallarını açıqladı| VİDEO
Yanvarın 3-də, Maduronun tutulmasından bir neçə saat sonra Donald Tramp mətbuat konfransında bildirib ki, Rodriqes özəl qaydada ABŞ ilə əməkdaşlığa hazır olduğunu və ölkəsini müvəqqəti “idarə edəcəyini” deyib.

- Əslində, Delsi Rodriqes Venesuelanı yenidən möhtəşəm etmək üçün zəruri saydığımz işi görməyə hazırdır”,- Amerika lideri söyləyib.

Lakin bu təklifdən boyun qaçıran xanım Rodriqes Venesuelanın öz“təbii ehtiyatlarının müdafiəsinə və geri qaytarılmasını tələb etdiyi Maduronun siyasətini həyata keçirməyə hazır olduğunu” açıqlayıb.

“Biz bir daha heç vaxt müstəmləkə olmayacağıq”,- Delsi Rodriqes vurğulayıb.

Bunun qarşılığında, yanvarın 4-də Rodriqesi hədələyən Tramp“lazım olanı etməyəcəyi halda, onun çox yüksək bədəl ödəyə biləcəyini”deyib. Amerika lideri həmçinin bildirib ki, qısa müddətdə dövlət başçısının vəzifələrinə cavabdeh olan Venesuela vitse-prezidenti ABŞ-nin bu ölkənin resurslarına“tam çıxış imkanı”verməlidir.

Xatırladaq ki, yanvarın 3-də ABŞ-nin “Delta” xüsusi təyinatlılar bölməsiVenesuela lideri Nikolas Maduronu ələ keçirərək ölkədən çıxarıb. Donald Tramp bildirib ki, hakimiyyətin aydın və təhlükəsiz keçidi baş tutana qədər Venesuelanı ABŞ idarə edəcək.

Venesuela Ali Məhkəməsinin Konstitusiya Palatası isə, Maduronun olmadığı müddətdə vitse-prezident Delsi Rodriqesin prezident səlahiyyətlərini icra etməsi barədə qərar çıxarıb.

Sahil İsgəndərov
AzVision.az
Seçilən
77
1
azvision.az

2Mənbələr