AZ

Bu il onkoloji xəstəliyə tutulmuş şəxslərin müalicəsinə nə qədər vəsait ayrılacaq?

Bakı.Trend:

Onkoloji xəstəliyə tutulmuş şəxslərin müalicəsinin vəreabilitasiyasının həyata keçirilməsi, dərman preparatlarına olantələbatın ödənilməsi və bu sahənin maddi-texniki bazasınıngücləndirilməsinə 118 milyon manat vəsait yönəldiləcək.

Trend-inməlumatına görə, bu, Maliyyə Nazirliyinin hazırladığı “Vətəndaşınbüdcə bələdçisi”ndə öz əksini tapıb.

Belə ki, bu vəsaitin əsas hissəsi Milli Onkologiya Mərkəzinə,qalan hissəsi isə Azərbaycan Tibb Universitetinin OnkolojiKlinikasına və Səhiyyə Nazirliyinin onkoloji xəstəxanalarına(dispanserlərinə) ayrılacaqdır.

Əhalinin ixtisaslaşdırılmış oftalmoloji xidmətlə təmin edilməsi,göz patologiyası ilə mübarizədə elmi-metodik cəhətdənəsaslandırılmış tədbirlərin işlənilməsi, tətbiqi vəgücləndirilməsi, ölkədə ixtisaslaşdırılmış oftalmoloji yardımıntəşkili məqsədilə Akademik Zərifə Əliyeva adına Milli OftalmologiyaMərkəzinə 9 milyon manat vəsait ayrılacaq.

Məqalədə:
Seçilən
53
1
az.trend.az

2Mənbələr