AZ

Sağlamlığa zərərli qidalar hansılardır?

Gündəlik qidalanmada tez-tez istifadə olunan bəzi məhsullar sağlamlıq üçün ciddi risklər yarada bilər.


Pravda.az bildirir ki, yüksək miqdarda şəkər, duz, doymuş və trans yağlar ehtiva edən bu qidalar uzunmüddətli istifadədə bir sıra xroniki xəstəliklərin yaranmasına səbəb ola bilər.


Araşdırmalara görə, uzaq durulması tövsiyə olunan ən sağlamlığa zərərli qidalar sırasında ağ undan hazırlanmış çörək və məmulatlar, marqarin, hazır şorbalar, sosiska və kolbasa kimi emal olunmuş ət məhsulları, kartof cipsləri və qızardılmış fast-food qidaları, qazlı və şəkərli içkilər, paketlənmiş meyvə şirələri, enerji içkiləri yer alır.


Mütəxəssislər qeyd edirlər ki, bu tip qidaların müntəzəm istehlakı piylənmə, 2-ci tip şəkərli diabet, yüksək qan təzyiqi, ürək-damar xəstəlikləri və maddələr mübadiləsinin pozulması riskini artırır. Eyni zamanda, orqanizmin ehtiyac duyduğu vitamin və minerallarla təmin olunmasına mane olur.


Sağlamlığa zərərli qidalar qısa müddətdə də öz mənfi təsirini göstərə bilər. Yorğunluq, halsızlıq, diqqət dağınıqlığı, yuxu problemləri və diş çürüməsi bu təsirlər arasında göstərilir.


Mütəxəssislər sağlam həyat tərzi üçün mümkün qədər təbii, az emal olunmuş məhsullara, tərəvəz və meyvələrə üstünlük verilməsini, hazır və paketlənmiş qidalardan isə uzaq durulmasını tövsiyə edirlər.


Əminə Bayramova 

Tarix: 5 Yanvar 2026, 15:02   
Seçilən
59
pravda.az

1Mənbələr