ain.az, Reyting.az portalına istinadən məlumat verir.
Rusiya ordusu bu gecə Ukraynanın bir neçə bölgəsindəki enerji infrastrukturuna növbəti dəfə hücum edib.
Reyting.az-ın məlumatına görə, Ukrayna Energetika nazirinin müavini Aleksandr Vyazovçenko deyib ki, hücum nəticəsində Slavutiç şəhəri tamamilə elektriksiz qalıb.
Çerniqov, Xarkov və Donetsk vilayətlərindəki istehlakçıların da səhərə qədər elektriksiz qaldıqları bildirilir.
Məlumata görə, Donetsk bölgəsində elektrik enerjisi istehsal edən qurğulardan birinə zərbə dəyib.
Ümumilikdə, cəbhə xəttində və sərhəd bölgələrində vəziyyət çətindir, burada elektrik təchizatının bərpası davamlı atəş nəticəsində çətinləşir. Bu ərazilərdəki istehlakçılara uzun müddətdir elektrik enerjisi vermək mümkün olmur.
“Təhlükəsizlik imkan verdiyi hər yerdə təcili bərpa işləri davam edir”, -Vyazovçenko bildirib.
Nazir müavini əlavə edib ki, son bir həftə ərzində hərbi əməliyyatlar nəticəsində şəbəkəyə 100-dən çox ziyan dəyib. Bundan əlavə, rus ordusu təxminən 20 halda enerji infrastrukturu obyektlərini hədəf alıb.
Vyazovçenko enerji sistemindəki ümumi vəziyyəti çətin, lakin idarəolunan hesab edir.
V. QULİYEV
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.