AZ

Krans-Montana faciəsi qurbanlarının yarısı yetkinlik yaşına çatmayan şəxslər olub

Vyana, 5 yanvar, AZƏRTAC

İsveçrənin Vallis kantonunda yerləşən Krans-Montana dağ-xizək mərkəzində baş vermiş yanğında həlak olmuş 40 nəfərin şəxsiyyəti rəsmi qurumlar tərəfindən müəyyənləşdirilib.

AZƏRTAC xəbər verir ki, yanvarın 1-də baş vermiş faciədə ölənlərin tam yarısı yetkinlik yaşına çatmayan şəxslərdir. Həlak olanların hamısı 14-39 yaş aralığında olub. Rəsmi qurumların məlumatına əsasən, ölənlər arasında 21 İsveçrə, 9 Fransa, 6 İtaliya, 1 Belçika, 1 Portuqaliya, 1 Rumıniya və 1 Türkiyə vətəndaşı var.

Hadisə nəticəsində müxtəlif dərəcədə xəsarət alanların sayı isə 119 nəfər olub. Onların əksəriyyəti ağır dərəcəli yanıqla həm İsveçrənin, həm də qonşu ölkələrin xəstəxanalarına yerləşdirilib.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Vyana

Seçilən
66
1
azertag.az

2Mənbələr