AZ

Satış tarifi məhsulun maya dəyərindən aşağı olduğundan “Azəristiliktəchizat”a 33,8 milyon manat subsidiya ayrılıb

Bakı. Trend:

2026-cı il dövlət büdcəsində mənzil və kommunal xərcləri üçün334,5 milyon manat məbləğində vəsait nəzərdə tutulub.

Trend-inməlumatına görə, bu, Maliyyə Nazirliyinin hazırladığı “Vətəndaşınbüdcə bələdçisi”ndə öz əksini tapıb.

Bildirilib ki, bu, 2025-ci illə müqayisədə 35,4 milyon manat vəya 9,6 faiz azdır.

Mənzil və kommunal xərcləri üzrə ayrılmış vəsaitin 140,3 milyonmanatı kommunal təsərrüfatına, 60,9 milyon manatı mənziltəsərrüfatına, 15,6 milyon manatı su təsərrü-fatına, 6,5 milyonmanatı lift təsərrüfatına, 111,3 milyon manatı isə mənzil vəkommu-nal təsərrüfatı ilə bağlı digər xərclərə yönəldiləcək.

İstilik təchizatı üzrə göstərilən xidmətlərə görə satıştarifinin məhsulun maya dəyərindən aşağı olması hesabına yaranmışzərərin örtülməsi üçün “Azəristiliktəchizat" Açıq SəhmdarCəmiyyətinə bu il üçün 33,8 milyon manat məbləğində subsidiyanəzərdə tutulub.

Mənzil və kommunal təsərrüfatı xərclərindən şəhər, rayon vəqəsəbələrdə dövlət balan-sında olan yaşayış binalarının, o cümlədəndam örtüklərinin, fasadların və pilləkən qəfəslərinin əsaslı təmiriüçün 60,9 milyon manat, işıqlandırılma üçün 43,4 milyon manat,yaşıllıqların salınması, saxlanılması və landşaft quruluşu işləriüçün 52,9 milyon manat, mənzil və kommunal təsərrüfatı müəssisələriüçün 48,5 milyon manat və lift təsərrüfatının saxlanılması üçün 6,5milyon manat vəsait ayrılacaq.

Seçilən
92
1
az.trend.az

2Mənbələr