AZ

"Azərbaycan QHT-ləri regional və qlobal əməkdaşlıqda liderlik nümayiş etdirdi" - QHT sədri

"2025-ci il Azərbaycanda vətəndaş cəmiyyəti üçün müsbət hadisələrlə dolu bir il oldu. Ölkəmiz beynəlxalq arenada fəal rol oynadı: Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində QHT-lərin Həmrəylik Forumu keçirildi, bu forum 500-dən çox nümayəndəni bir araya gətirərək türk dövlətləri arasında QHT əməkdaşlığını gücləndirdi. Həmçinin  Qlobal Cənub QHT Platformasının qurulması kimi təşəbbüslər Azərbaycanın QHT-ləri qlobal səviyyədə birləşdirmək səylərini göstərdi. Bu platforma 140-dan çox ölkənin dəstəyini qazandı".

Bu fikirləri “Mingəçevir Valideynlər Assosiasiyası” İctimai Birliyinin prezidenti, Əməkdar jurnalist Fərman Nəbiyev QHT.az-a bildirib. Onun sözlərinə görə, Ermənistanla sülh prosesində də QHT nümayəndələrinin görüşləri yeni mərhələ kimi yadda qaldı. Bu, ikitərəfli vətəndaş dialoqunu inkişaf etdirdi:

"Ümumiyyətlə, Azərbaycan QHT-ləri beynəlxalq platformalarda liderlik etdi və regional əməkdaşlığı gücləndirdi, bu da vətəndaş cəmiyyətinin qlobal təsirini artırdı. Eyni zamanda milli mətbuatımızın  150 illik yubileyi yüksək səviyyədə qeyd olundu. Bu münasibətlə bir çox media və QHT nümayəndələri yubiley medalına layiq görüldülər. Mən də təltif edilənlərin arasında oldum".

Seçilən
24
qht.az

1Mənbələr