AZ

Türkiyədə illik inflyasiya 30 faizi keçib

Türkiyədə illik inflyasiya səviyyəsi 30,89% təşkil edib. Bu barədə ölkənin Statistika İnstitutu məlumat yayıb.

Qurumun açıqlamasına görə, dekabr ayının yekunlarına əsasən istehlak qiymətləri indeksi noyabrla müqayisədə 0,89% artıb, illik inflyasiya göstəricisi isə 30,89%-ə çatıb.

Eyni zamanda, müstəqil iqtisadçılardan ibarət ENAG qrupu fərqli rəqəmlər açıqlayıb. Onların hesablamalarına görə, dekabrda inflyasiya 2,11% olub, illik ifadədə isə inflyasiya səviyyəsi 56,14%-ə çatıb.

Türkiyə hakimiyyəti daha əvvəl yaxın illərdə iqtisadi vəziyyətin yaxşılaşacağına ümid etdiyini bildirib. Ölkənin vitse-prezidenti Cevdet Yılmaz qeyd edib ki, hökumət 2026-cı ildə iqtisadi artımın 3,9% səviyyəsində olacağını və inflyasiyanın 20%-dən aşağı düşəcəyini gözləyir.

Bundan əvvəl Rusiya Mərkəzi Bankı 2026-cı il üçün iqtisadi proqnozunu təqdim edib.

Seçilən
15
banker.az

1Mənbələr