Prezident Məsud Pezeşkiyan keçən həftə iqtisadi məsləhət komitəsinin iclaslarında vəziyyəti qiymətləndirib. İclasda böhran daha da pisləşəcəyi təqdirdə atıla biləcək addımlara baxılıb. Maraqlıdır ki, hökumət nümayəndələri ona öz ictimai çıxışlarındayekun qərarların yalnız ali dini lider Əli Xameneinin dilindən çıxdığını xalqa xatırlatmağıməsləhət görüblər. Hərçənd Britaniyanın "The Times" qəzetinin yaydığı xəbərə baxanda görürük ki, quzunun (xalqın) can dərdinə yandığı İranda qəssabı (ali dini lideri) artıq ət maraqlandırmır. Deyəsən, o da öz canının hayına düşüb. Qəzet müvafiq kəşfiyyat hesabatına istinadən yazır ki, İranın təhlükəsizlik qüvvələri etirazçıların tərəfini saxlayıb onları dəstəkləyərsə, Əli Xamenei 20 nəfərlə (ailə üzvləri və köməkçiləri) birlikdə Tehrandan qaçacaq. Plana əsasən, rəhbərin oğlu və varisi Müctəba Xameneinin də xüsusi surətdə təhlükəsiz yerə köçürülməsi nəzərdə tutulur. İsrailin keçmiş kəşfiyyat zabiti Beni Sabti qəzetə açıqlamasında vurğulayıb ki, Əli Xamanei yalnız Moskva şəhərinə qaça bilər, çünki gedə biləcəyi başqa yer yoxdur:"2025-ci ilin iyun ayında İsraillə12 günlük müharibənəticəsində ali rəhbərin nüfuzu çox zəifləyib. O, uzun müddətdir ki, ictimaiyyət qarşısına çıxmır, həmçinin son günlər baş verən aksiyalara dair hər hansı çıxış həyata keçirmir".
![]() |
| Times:"Xamenei də Moskvaya qaçacaq" |
Əli Xamenei ölkədəki iğtişaşdan yaxasını qurtarıb Moskvaya qaçarsa, 2024-cü ilin dekabrında müxalif qüvvələrin devirdiyi sabiq Suriya prezidenti Bəşər Əsədlə oxşar aqibəti bölüşəcək. Xatırladaq ki, Bəşər Əsəd də məhz Rusiyaya qaçıb. Onun hazırda Moskvanın qərbində - bahalı və dəbdəbəli mülkləri ilə tanınan Rublyovka massivində yaşadığı deyilir. Maraqlıdır ki, rəsmi Moskva bu iddianı nə danır, nə də təsdiqləyir. 2025-ci ilin sentyabrında Suriya məhkəməsi ona qarşı qətl, işgəncə və qanunsuz həbs ittihamları ilə qiyabi həbs hökmü çıxarıb.

(ABŞ Prezidenti Donald Tramp "Air Force One" təyyarəsində jurnalistlərə müsahibə verərkən. 4 yanvar 2025-ci il)
Beləliklə, İranın vəziyyəti, həqiqətən də, "rusca" görünür.Bu, görünür, Donald Trampın ürəyincədir. O, "Air Force One" təyyarəsində jurnalistlərəmüsahibəverərkən yenidən qətiliklə söyləyib ki, İranda meydana gələn aksiyalarda etirazçılar öldürülərlərsə, Vaşinqton hərəkətə keçəcək:
"Vəziyyəti yaxından izləyirik. İran hökuməti keçmişdəki kimi etirazçıların öldürülməsi əmrini verərsə, onlara çox güclü zərbə endirəcəyik".
Eyni zamanda, İsrailin də İrandakı iğtişaşdan faydalanacağı, ABŞ-nin mümkün hücumuna qoşulacağı böyük ehtimaldır. Bu çərçivədə İranın nüvə obyektlərinin yenidən bombalana biləcəyi istisna deyil. İyun ayında baş vermiş 12 günlük müharibədə TehranABŞ-İsrail birgə hücumlarına qarşımüəyyən cavab tədbirləri görmüşdüsə də, yeni müharibə şəraitindəyalnız müdafiə mövqeyində qalacağıproqnozlaşdırılır. İranın Yaxın Şərqdəki artıq çox zəifləmiş proksi qüvvələri, yəni Fələstin, Livan və İraqdakı irili-xırdalı qruplaşmalar da öz himayədarlarına əvvəlkitək kömək göstərə bilməyəcəklər. ABŞ-nin İrana qarşı hərbi əməliyyatı fonunda Rusiyanın necə davranacağı isə həmişəkitək qaranlıqdır.Əlbəttə, bütün bu mənzərənin inkişafı İrandakı etiraz dalğasının gücündən, miqyasından və davamlılığından asılıdır.
Firudin Həmidli
AzVision.az
